Konqoda Ebola qurbanlarının sayı 2 642 nəfərə yüksəlib
24 Avqust 2026 14:35   Paylaş

Konqoda Ebola virusu səbəbindən həyatını itirənlərin sayı 2 642 nəfərə yüksəlib.

"Stabil.az" xəbər verir ki, bu barədə Konqonun Milli İctimai Səhiyyə İnstitutunun hesabatında bildirilib.

"Konqoda Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 5 514-ə çatıb. Son 24 saat ərzində 55 yeni yoluxma halı, 23 ölüm qeydə alınıb, 18 nəfər sağalıb. Beləliklə, epidemiya başlayandan bəri ölənlərin sayı isə 2 642 nəfərə çatıb", - hesabatda qeyd olunub.



Stabil.Az