İsveç və Fransa müdafiə sahəsində saziş imzalayacağıq
31 Avqust 2026 17:48   Paylaş

Fransa Prezidenti Emmanuel Makronun İsveçə səfəri çərçivəsində müdafiə sahəsində çərçivə sazişinin imzalanması gözlənilir.

"Stabil.az" xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson sosial şəbəkələrdə bildirib.

"Prezident Emmanuel Makronu Stokholmda yenidən qəbul etməkdən böyük məmnunluq duyuram. Həqiqətən də, bu gün müdafiə sahəsində əməkdaşlığa dair çərçivə sazişi, eləcə də "Naval Group" tərəfindən istehsal olunan dörd Fransa freqatının İsveç Silahlı Qüvvələri tərəfindən alınmasına dair müqavilə imzalanacaq", - U.Kristersson qeyd edib.

Fransa mediasının məlumatına görə, Stokholmda İsveçə 4,3 milyard avro dəyərində Fransa freqatlarının tədarükünə dair saziş imzalanacaq. İlk freqatın tədarükü 2030-cu ilə planlaşdırılır.



Stabil.Az