İsrail ordusu Livanın cənubunu bombalayıb
19 Avqust 2026 10:35   Paylaş

İsrail ordusu Livanın cənubundakı Əli əl-Tahir təpələri, Dohat Kafr Rummanı, Deyr Saryan və Əl-Kantara bölgələrini bombalayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Hücumlar zamanı ölənlərin və yaralananların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, İsrail ordusu bu il martın 2-dən Livana qarşı hücumlara başlayıb. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, həmin vaxtdan indiyədək ölkədə 4346 nəfər ölüb, 12 min 301 nəfər yaralanıb. Livan hökuməti hücumlar nəticəsində ölkə daxilində didərgin düşmüş insanların sayının 1 milyonu keçdiyini açıqlayıb. Livan və İsrail arasında bu il aprelin 17-də atəşkəs elan olunub və bir neçə dəfə uzadılıb. Buna baxmayaraq, hücumlar davam edir.



Stabil.Az