İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
21 Sentyabr 2026 14:46   Paylaş

ABŞ tərəfindən sanksiyaya məruz qalan İran aviaşirkətləri Gürcüstana həyata keçirdikləri uçuşları dayandırıb.

"Stabil.az" İran mediasına istinadən xəbər verir ki, İran aviaşirkətləri son reyslərini sentyabrın 20-də həyata keçiriblər.

Bu gündən etibarən onların Gürcüstan aviasiya bazarındakı fəaliyyəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, ABŞ sentyabrın 8-də İran aviaşirkətlərinə sanksiya tətbiq edib. Sanksiyaların elan edilməsindən sonra Gürcüstan tərəfi beynəlxalq sanksiyalar rejiminə tam riayət edəcəyini bəyan edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol