İran: ABŞ şərtlərimizi yerinə yetirmədən danışıqlar olmayacaq
23 Sentyabr 2026 10:37   Paylaş

İran ABŞ-nin Tehran tərəfindən irəli sürülən tələbləri yerinə yetirməsi və praktiki zəmanətlər təqdim etməsi halında danışıqlara qayıda biləcəyini açıqlayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə İran təhlükəsizlik strukturlarındakı mənbə “Əl-Cəzirə” telekanalına bildirib.

Mənbənin sözlərinə görə, İranın şərtləri arasında müharibəyə son qoyulması, İsrail qoşunlarının Livanın cənubundan çıxarılması üçün vaxt qrafikinin müəyyənləşdirilməsi, dondurulmuş vəsaitlərin azad edilməsi, dəniz blokadasının və yeni sanksiyaların aradan qaldırılması, hərbi təhdidlərin dayandırılması və neft sanksiyaları üzrə güzəştlərin verilməsi yer alır.

Mənbə, həmçinin Hörmüz boğazının gərginliyin azaldılması müqabilində açılacağı barədə məlumatları təkzib edib və qeyd olunan şərtlər yerinə yetirilənədək boğazın açılmayacağını bildirib.

Bu arada, ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin Nyu-Yorkda İran nümayəndə heyəti ilə üç saatlıq görüş keçirdiyini açıqlayıb. Tramp görüşü “çox yaxşı” adlandırıb və yaxın vaxtlarda yeni danışıqlar raundunun keçiriləcəyini bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol