Hörmüz boğazında tankerə mərmi ilə zərbə endirilib
27 Avqust 2026 12:15   27 Aug 2026 12:38 Paylaş

Hörmüz boğazında hərəkətdə olan tanker naməlum mərmi ilə vurulub.

"Stabil.az" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarəti Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında deyilir.

Qeyd olunur ki, zərbə nəticəsində gəmidə yanğın baş verib və sonradan onu söndürmək mümkün olub.

Qurumdan əlavə ediblər ki, heyət üzvlərinin həyatı üçün təhlükə yoxdur, onların olduğu yeri müəyyən edilib. Ətraf mühitə dəyən zərər (neft sızması - red.) barədə məlumat daxil olmayıb.



Stabil.Az