“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb
28 Sentyabr 2026 14:46   Paylaş

“Hizbullah”ın baş katibi Şeyx Naim Qasim Livan hökumətini İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb.

"Stabil.az" xəbər verir ki, Qasim ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsiz olduğunu və Livanın güzəştlərə getdiyini bildirib.

O, martın 2-də “Hizbullah”ın silahlı qanadının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərarlar ləğv ediləcəyi təqdirdə, hökumətlə dialoqu bərpa etməyə hazır olduqlarını deyib.

Qasim, həmçinin “Hizbullah”ın silah məsələsini müzakirə etməyə hazır olduğunu, lakin bunun İsrail qüvvələrinin Livanın cənubundan çıxarılmasından sonra mümkün olacağını bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol