Gürcüstanda zəlzələ olub
3 Sentyabr 2026 10:36   03 Sep 2026 11:07 Paylaş

Gürcüstanın cənub-qərbində 3,4 maqnitudalı zəlzələ qeydə alınıb.

"Stabil.az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar gecə saat 03:28-də Məmişli kəndi yaxınlığında, Tsalkadan 20 kilometr, Tbilisidən isə təxminən 60 kilometr məsafədə baş verib.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Fəsadlar barədə məlumat verilməyib.



Stabil.Az