Fransalı futbolçu Kristofer Nkunku Milandan ayrıla bilər
19 Avqust 2026 14:53   Paylaş

Fransalı futbolçu Kristofer Nkunku İtaliya təmsilçisi "Milan"dan ayrıla bilər.

"Stabil.az" "Foot Mercato"ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə Almaniyanın "Borussiya" (Dortmund), "Leyptsiq" və İngiltərənin "Nyukasl" klubları maraqlanır.

Ona Səudiyyə Ərəbistanı və Türkiyə təmsilçilərindən də təkliflər var.

Qeyd edək ki, K.Nkunku ötən yay "Çelsi"dən "Milan"a keçib. O, İtaliya təmsilçisinin heyətində keçirdiyi 35 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

"Transfermarkt" portalı oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilədək nəzərdə tutulub.



Stabil.Az