Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb -   YENİLƏNİB
24 Sentyabr 2026 14:06   24 Sep 2026 14:25 Paylaş

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü başa çatıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Mercedes”in britaniyalı pilotu Corc Rassel birinci olub.

“Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen ikinci, “Ferrari”nin monakolu pilotu Şarl Lekler üçüncü pillədə yer alıb.

Bu gün, həmçinin saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

(12:36)

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşünə start verilib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.

Bu gün, həmçinin saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş olacaq.

News about - Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb -   YENİLƏNİB

News about - Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb -   YENİLƏNİB

News about - Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb -   YENİLƏNİB



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol