Ferstappen “Red Bull” komandası ilə müqaviləsinin müddətini uzadıb
Formula 1 üzrə dördqat dünya çempionu Maks Ferstappen “Red Bull” komandası ilə yeni müqavilə imzalayıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Avstriya komandasının rəsmi saytı məlumat yayıb.
Niderlandlı pilotla sözləşmənin müddəti 2030-cu il mövsümünün sonuna qədərdir. O, 2026-cı ildə Formula 1-də tətbiq olunan yeni güc qurğuları qaydalarının qüvvədə olduğu bütün müddət ərzində “Red Bull”un heyətində qalacaq.
Ferstappenin əvvəlki müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədər nəzərdə tutulmuşdu. Lakin razılaşmada 28 yaşlı pilotun artıq cari mövsümün yekunlarına əsasən, komandadan vaxtından əvvəl ayrılmasına imkan verən bənd var idi.
Qeyd edək ki, Ferstappen 2016-cı ildən “Red Bull” komandasında çıxış edir. Pilot karyerası ərzində dörd dəfə Formula 1 üzrə dünya çempionu olub. O, 2026-cı il mövsümündə isə pilotların şəxsi reytinqində 6-cı yerdə qərarlaşıb.
Haqqımızda
Əlaqə





