“Fənərbağça” 18 illik fasilədən sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları davam edir.
"Stabil.az" xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu Fransada “Lion”la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İki oyunun nəticəsinə əsasən rəqibini 3:2 hesabı ilə məğlub edən "Fənərbağça" adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırıb.
"Fənərbağça" son dəfə 2008-2009-cu illər mövsümündə turnirin qrup mərhələsində mübarizə aparmışdı.
Gecənin digər nəticələrinə əsasən "Vikinq" (Norveç) və AEK (Yunanıstan) də liqa raunduna vəsiqə əldə edib.
Haqqımızda
Əlaqə





