Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir
19 Avqust 2026 10:51   Paylaş

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin qiyməti aşağı düşüb.

“Stabil.az" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,39% azalaraq 4 403,2 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,74% azalaraq 62,92 dollar təşkil edib.



Stabil.Az