Dünya bazarlarında neftin qiyməti 88 dollardan aşağı enib
27 Avqust 2026 10:32   Paylaş

Dünya bazarlarında neftin ucuzlaşması davam edir.

“Stabil.az” birja məlumatlarına istinadən xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiymabş

əti 0,36 dollar və ya 0,41% azalaraq 87,48 ABŞ dollarına düşüb.

ABŞ-nin WTI markalı neftinin oktyabr fyuçersləri isə 0,37 dollar və ya 0,45% ucuzlaşaraq 81,86 dollar təşkil edib.

Qeyd edək ki, neftin ucuzlaşması Hörmüz boğazının yenidən açılması ilə bağlı gözləntilərin güclənməsi, İran və Oman arasında aparılan danışıqlar, həmçinin Qətərin vasitəçilik səyləri fonunda tədarük risklərinin azalacağına dair ümidlərlə əlaqələndirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol