DSMF-nin xərcləri 10 %-ə yaxın artıb
21 Avqust 2026 13:39   Paylaş

Bu ilin yanvar–iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 430,8 milyon manat və yaxud 9,8 % artıb.

"Stabil.az" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, xərclərin 97,1 %-ni əhaliyə ödənişlər təşkil edib.



Stabil.Az