Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
4 Sentyabr 2026 20:58   04 Sep 2026 23:47 Paylaş

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib.

"Stabil.az" xəbər verir ki, İtaliya hökumətinin rəhbəri bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Paylaşımda deyilir: “Hörmətli Prezident İlham Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə Sizə təşəkkür edirəm. İllər ərzində İtaliya və Azərbaycan ortaq baxış və qarşılıqlı maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək istiqamətində birgə gördüyümüz işlərdən böyük qürur duyuram. Əminəm ki, qarşıdakı dövrdə xalqlarımızın mənafeyi naminə əməkdaşlıq üçün yeni və mühüm imkanlar yaranacaq”.

News about -   Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol