Çində torpaq sürüşməsində itkin düşənlərin sayı 558 nəfərə yüksəlib
Nepal sərhədində yerləşən “Girong” sərhəd-keçid məntəqəsində baş verən torpaq sürüşməsi nəticəsində azı 558 nəfərin itkin düşdüyü bildirilir.
"Stabil.az" TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, itkin düşənlər arasında 260 əcnəbi vətəndaş da var.
Çinin “Sinxua” agentliyinin məlumatına əsasən, torpaq sürüşməsi avqustun 26-da saat 10:30 radələrində sərhədin Nepal tərəfində baş verib. Hadisə nəticəsində üç nəfər həlak olub.
Hazırda itkin düşənlərin axtarışı və xilasetmə işləri davam etdirilir.
Haqqımızda
Əlaqə





