Çində torpaq sürüşməsi beş nəfərin həyatına son qoyub
Çinin cənubunda yerləşən Quansi-Çjuan muxtar rayonunda baş verən torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb.
"Stabil.az"ın məlumatına görə, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.
Daha əvvəl bir nəfərin öldüyü, dörd nəfərin qaya altında qaldığı bildirilib.
Hadisə bazar ertəsi günü Heçi şəhər dairəsində yerləşən Nandan kəndində tikinti işləri aparılarkən baş verib.
Hazırda fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.
Hakimiyyət orqanları hadisənin səbəbini araşdırır.
Haqqımızda
Əlaqə





