Çində 5,7 maqnitudalı zəlzələ baş verib
19 Avqust 2026 09:11   Paylaş

Çinin şimalındakı Çinhay əyalətində 5,7 maqnitudalı zəlzələ baş verib.

"Stabil.az"ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 186 000 əhalisi olan Dunhuan şəhərindən 267 km cənub-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.



Stabil.Az