Çin humanitar minatəmizləmə sahəsində Azərbaycana dəstəyini davam etdirəcək
Çin humanitar minatəmizləmə sahəsində Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin müşaviri Şen Çjan Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günündə deyib.
O bildirib ki, ötən il Çin və Azərbaycan hökumətləri ikitərəfli humanitar əməkdaşlığın gücləndirilməsinə dair qarşılıqlı Anlaşma Memorandumu imzalayıb.
Şen Çjan qeyd edib ki, həmin memorandum çərçivəsində Çin Azərbaycana 2 milyon yuan məbləğində yardım göstərib.
Haqqımızda
Əlaqə




