Çin eyni vaxtda orbitə 7 peyk göndərib
25 Avqust 2026 15:10   Paylaş

Çin “Uzun yürüş-6C” daşıyıcı raketi vasitəsilə 7 peyki orbitə göndərib.

"Stabil.az" xəbər verir ki, raket Pekin vaxtı ilə saat 11:21-də (Bakı vaxtı ilə 07:21) Şensi əyalətindəki Tayyuan buraxılış məntəqəsindən buraxılıb. Raket peykləri planlaşdırılan orbitə çatdırıb.

Peyklərdən üçü “GalaxySpace” özəl şirkətinin istehsalıdır. Onlar arasında şirkətin ilk dəfə xarici sifarişçi üçün hazırladığı “Lingzhi-09 Thai CubeSat” peyki də var. Bu, həmçinin şirkətin Tailand üçün peykin hazırlanması, buraxılışı və orbitə çatdırılmasını əhatə edən ilk tam xidmət paketi təqdim etməsidir.

Qeyd edək ki, bu, “Uzun yürüş” seriyasından 665-ci raket buraxılışı olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol