Çin ABŞ-nin sanksiyalarına etiraz edib
25 Avqust 2026 13:42   Paylaş

Çin ABŞ-nin sanksiyalarına qarşı çıxdığını və ölkə şirkətlərinin hüquq və mənafelərini müdafiə edəcəyini bəyan edib.

"Stabil.az" xarici mediaya istinadla xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Çanq bildirib.

O, ABŞ-nin İrana qarşı sanksiyalar siyahısına Çinli fərdlərin və qurumların daxil edilməsi ilə bağlı deyib:"Biz qətiyyətlə beynəlxalq hüquq tərəfindən dəstəklənməyən və BMT Təhlükəsizlik Şurasının təsdiqlənmədiyi qanunsuz birtərəfli sanksiyalara qarşıyıq. Biz Çin biznesinin qanuni hüquq və mənafelərini qətiyyətlə müdafiə edəcəyik".



Stabil.Az