Cənubi Koreyada zavodda partlayış: 3 nəfər ölüb, 2 nəfər yaralanıb
28 Avqust 2026 12:30   Paylaş

Cənubi Koreyanın Çhonan şəhərində boya-lak məmulatları üçün komponentlər istehsal edən müəssisədə partlayış və yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi rəsmi orqanların bəyanatına istinadən məlumat yayıb.

Ehtimal olunur ki, ölənlərdən ikisi xarici vətəndaş olub.



Stabil.Az