Bu gün Formula 1 üzrə Azərbaycan Qran-prisinin ikinci günü başlayır
25 Sentyabr 2026 09:26   Paylaş

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.

"Stabil.az"ın məlumatına görə, ilk olaraq "Formula 2"də sprint yarışı keçiriləcək.

Daha sonra "Formula 1"də üçüncü sərbəst yürüş gerçəkləşəcək.

Ardınca iki dərəcəli pilotların ilk əsas yarışı, "Formula 1"də isə sıralama turu baş tutacaq.

Azərbaycan Qran-prisində ikinci günün proqramı

25 sentyabr

08:15. "Formula 2": Sprint yarışı

12:30. "Formula 1": Üçüncü sərbəst yürüş

14:15. "Formula 2": Birinci əsas yarış

16:00. "Formula 1": Sıralama turu

Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol