“Böyük Qayıdış” çərçivəsində yeni tədris ilində daha 15 təhsil müəssisəsi fəaliyyətə başlayır
2026–2027-ci tədris ilində Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərdə daha 15 təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, yeni tədris ilində 11 məktəbəqədər və 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayacaq.
“Azad edilmiş ərazilərdə hazırda 12 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Yeni tədris ilində onların sayının 23-ə çatdırılması nəzərdə tutulur. Bu müəssisələrdə 408 uşağın təhsil alacağı və 123 nəfərdən ibarət işçi heyətinin fəaliyyət göstərəcəyi proqnozlaşdırılır.
Ümumi təhsil müəssisələrinin sayı isə 25-dən 29-a yüksələcək. Yeni tədris ilində həmin məktəblərdə 4825 şagirdin təhsil alacağı, 700 nəfərdən ibarət işçi heyətinin çalışacağı gözlənilir”, - nazir qeyd edib.
Emin Əmrullayev bildirib ki, yeni təhsil müəssisələri Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd və Zəngilan ərazilərində fəaliyyətə başlayacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





