“Bitcoin”in qiyməti 83,6 min dollara çatıb
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas aktivlərin əksəriyyətinin qiymətində artım qeydə alınıb.
“Stabil.az” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,40% artaraq 83 630,04 ABŞ dollarına yüksəlib. Kriptovalyuta son 7 gündə 0,41% ucuzlaşsa da, son 30 gündə 6,24% bahalaşıb.
“Ethereum” 0,66% bahalaşaraq 2 689,56 dollara, “Zcash” 1,13% artaraq 1 422,53 dollara, BNB 1,10% yüksələrək 768,54 dollara çatıb. “Monero” 1,12%, “Bitcoin Cash” 0,71%, “Bittensor” isə 1,76% bahalaşıb.
Qızıl əsaslı kriptovalyutalarda isə ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) 0,23% azalaraq 4 174,11 dollara, “Tether Gold” (XAUT) isə 0,23% geriləyərək 4 166,33 dollara enib.
“CoinMarketCap 20” indeksi son 24 saatda 0,41% artaraq 174,07 bənd təşkil edib.
Analitiklər bildirirlər ki, kriptovalyutalara ABŞ-da gözləniləndən zəif inflyasiya göstəricisinin açıqlanmasından sonra növbəti faiz artımı ehtimallarının azalması müəyyən dəstək verir. Bununla belə, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksək qalması və bazarda mənfəətin realizasiyası “Bitcoin”in daha sürətli bahalaşmasını məhdudlaşdırır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





