“Bitcoin”in qiyməti 79 min dollara düşüb
26 Avqust 2026 09:45   Paylaş

Kriptovalyuta bazarında son 24 saat ərzində əsasən eniş qeydə alınıb.

“Stabil.az” xəbər verir ki, “CoinMarketCap”də “Bitcoin” 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib.

“Ethereum” sutka ərzində 1,58% ucuzlaşaraq 2 464,41 dollara, BNB 2,87% azalaraq 695,99 dollara düşüb. Daha kəskin ucuzlaşma “Zcash”da qeydə alınıb. Kriptovalyutanın qiyməti 8,49% azalaraq 784,54 dollara enib. “Bitcoin Cash” 3,83%, “Bittensor” isə 3,20% ucuzlaşıb. “Monero” isə 0,37% bahalaşaraq 442,81 dollara çatıb.

Qızıl əsaslı kriptovalyutalarda cüzi bahalaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son sutkada 0,24% bahalaşaraq 4 640,88 dollara, “Tether Gold” (XAUT) isə 0,27% artaraq 4 632,46 dollara yüksəlib.

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 2,19% azalaraq 2,65 trilyon dollara enib.

Qeyd edək ki, “Bitcoin” ötən gün üç aydan çox müddətdə ilk dəfə 80 min dollar həddini keçərək 81 237,94 dollara qədər bahalaşmışdı. Sonrakı ucuzlaşma sürətli yüksəlişdən sonra mənfəətin realizasiyası və bazarda yeni müsbət katalizatorların olmaması ilə əlaqələndirilir. Analitiklər 80–82 min dollar aralığını “Bitcoin” üçün mühüm müqavimət zonası kimi qiymətləndirirlər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol