“Bitcoin” bahalaşaraq 81 min dollara yaxınlaşıb
25 Avqust 2026 09:31   Paylaş

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma tendensiyası davam edib.

“Stabil.az” “CoinMarketCap”a istinadən xəbər verir ki, “Bitcoin” son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib.

“Ethereum” sutka ərzində 2,79% artaraq 2 503,83 dollara, BNB 2,82% bahalaşaraq 716,58 dollara çatıb.

Digər əsas kriptovalyutalardan “Zcash” 2,85%, “Monero” 5,93%, “Bitcoin Cash” 3,24%, “Bittensor” isə 3,08% bahalaşıb.

Qızıl əsaslı kriptovalyutalarda isə cüzi ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son sutkada 0,15% ucuzlaşaraq 4 631,24 dollara, “Tether Gold” (XAUT) isə 0,15% azalaraq 4 620,02 dollara enib.

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 3,88% artaraq 2,71 trilyon dollara yüksəlib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol