“Bitcoin” 69 min dollardan baha satılır
20 Avqust 2026 10:23   Paylaş

Kriptovalyuta bazarında son 24 saat ərzində kəskin bahalaşma qeydə alınıb.

“Stabil.az” xəbər verir ki, “CoinMarketCap” platformasında "Bitcoin" son 24 saatda 7,44% bahalaşaraq 69 066,66 ABŞ dollarına yüksəlib.
“Ethereum”da daha kəskin artım qeydə alınıb.

Kriptovalyutanın qiyməti sutka ərzində 17,52% artaraq 2 244,8 dollara çatıb.
Digər əsas kriptovalyutalardan BNB 3,75% bahalaşaraq 623,99 dollara, Zcash 9,51% artaraq 552,76 dollara, Monero isə 4,29% yüksələrək 426,82 dollara çatıb.

Bitcoin Cash 3,05%, Bittensor isə 7,02% bahalaşıb.
Son 24 saatda ümumi kriptovalyuta bazarının kapitallaşması 7,27% artaraq 2,35 trilyon dollara yüksəlib.



Stabil.Az