Bəzi rayonlara leysan yağıb, şimşək çaxıb- FAKTİKİ HAVA
27 Avqust 2026 10:25   Paylaş

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında axşam və gecə saatlarında qısamüddətli leysan yağıb, şimşək çaxıb və külək güclənib.

"Stabil.az" xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Gədəbəydə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Mingəçevir, Zaqatala, Goranboy, Şahdağ, Şəki, Oğuz, Şəmkir, Şərurda 1 mm-dək qeydə alınır.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Culfada 22, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Tərtərdə 16 m/s-dək güclənir.

Qusar, Göygöl, Xankəndi, Şahbuz, Lerikdə duman müşahidə olunur.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti müşahidə olunub.



Stabil.Az