“Bavariya”nın 17 yaşlı futbolçusu Uizdom Mayk “Brügge”yə transfer olunub
Almaniyanın “Bavariya” klubunun 17 yaşlı yarımmüdafiəçisi Uizdom Mayk Belçikanın “Brügge” komandasına transfer olunub.
"Stabil.az" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
17 yaşlı vinger 2022-ci ilin yayında Münhenqladbax "Borussiya"sının akademiyasından bu komandaya qoşulub.
Qeyd edək ki, U.Mayk 2025/2026 mövsümündə Almaniya Bundesliqasında 4, Çempionlar Liqasında isə 1 matça çıxıb. "Transfermarkt" portalı onun dəyərini 5 milyon avro qiymətləndirir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





