Barselona Federiko Dimarkonu azad agent kimi heyətinə cəlb etmək istəyir
3 Sentyabr 2026 18:56   Paylaş

İtaliya millisinin və "İnter"in futbolçusu Federiko Dimarko karyerasını İspaniyada davam etdirə bilər.

"Stabil.az" xarici mediaya istinadən xəbər verir ki, "Barselona" 28 yaşlı müdafiəçini heyətinə cəlb etmək niyyətindədir.

Lakin Kataloniya təmsilçisi oyunçunu 2027-ci ilin yayında azad agent kimi almaq istəyir.

Xatırladaq ki, Federiko Dimarkonun Milan təmsilçisi ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq



Stabil.Az