Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı davam edir
3 Sentyabr 2026 10:10   03 Sep 2026 11:01 Paylaş

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı davam edir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin ikinci günündə "Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası", "Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar" mövzusunda panel sessiyalar, o cümlədən "Humanitar minatəmizləmədə milli təcrübə və əldə olunan nəticələr" mövzusunda ölkə üzrə təqdimatlar keçiriləcək.

Yekunda konfransın bəyanatının qəbul edilməsi nəzərdə tutulub.



Stabil.Az