Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
24 Sentyabr 2026 12:00   24 Sep 2026 12:31 Paylaş

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, 45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəyə “Art Grand Prix”in hindistanlı pilotu Kuş Maini imza atıb.

"Rodin" komandasından irlandiyalı pilot Aleks Dan ikinci, “Campos”un sürücüsü Nikola Tsolov üçüncü olub.

Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.

Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol