“Azeri Light” neftinin qiyməti 91,51 dollara düşüb
27 Avqust 2026 11:25   Paylaş

Dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 0,42 dollar və ya 0,46 faiz ucuzlaşaraq 91,51 dollar olub.

"Stabil.az" bu barədə neft bazarındakı mənbələrə istinadən məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 88,53 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,39 ABŞ dolları və ya 0,44 % azalaraq 88,11 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.



Stabil.Az