Azərbaycanın U-21 millisi bu gün Çexiya ilə üz-üzə gələcək
25 Sentyabr 2026 14:44   Paylaş

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün Çexiya ilə qarşılaşacaq.

"Stabil.az" xəbər verir ki, Rəşad Eyubovun başçılıq etdiyi komanda Bakıda Çexiya yığması ilə qarşılaşacaq. "Bank Respublika Arena"da keçiriləcək görüşə saat 17:45-də start veriləcək. Oyunu irlandiyalı FIFA referisi Aaron O`Doud idarə edəcək.

Qeyd edək ki, Azərbaycanın U-21 millisi B qrupunda növbəti oyunlarını sentyabrın 30-da səfərdə Şotlandiyaya, oktyabrın 6-da isə evdə Cəbəllütariqə qarşı keçirəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol