Azərbaycanın qızıl ixracından gəliri 34% artıb
Azərbaycan bu ilin ilk yeddi ayında 239,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
"Stabil.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın avqust sayında bildirilir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33,9 % çoxdur.
Təkcə iyulda isə Azərbaycan 37,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 9,7 % çoxdur.
7 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Haqqımızda
Əlaqə





