Azərbaycanın Ermənistana builki ixracının dəyəri 18 milyon dollara yaxınlaşıb
15 Sentyabr 2026 17:42   16 Sep 2026 01:14 Paylaş

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Ermənistana 17 milyon 603 min ABŞ dolları dəyərində mal ixrac edib.

"Stabil.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

8 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27,8 % artıb, idxal isə 24,1 % azalıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol