Azərbaycanın beş cüdoçusu “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayır
Azərbaycanı təmsil edən beş cüdoçu bu gün İsveçrənin Lozanna şəhərində başlayacaq “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulacaq.
"Stabil.az"ın məlumatına görə, ilk yarış günündə Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Əhməd Yusifov (60 kq), Turan Bayramov və Ruslan Paşayev (hər ikisi 66 kq) tatamiyə çıxacaqlar.
Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. "Böyük Dəbilqə" avqustun 30-da başa çatacaq.
Haqqımızda
Əlaqə





