Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 2725 ton buğda göndərilib - YENİLƏNİB
Avqustun 20-də Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
İndiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 44 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, bu günə kimi Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tonadək Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
***
9:12
Rusiyadan Ermənistana növbəti tədarük Azərbaycanın ərazisindən tranzit keçməklə həyata keçiriləcək.
"Stabil.az" "Report"a istinadən xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2 725 ton olan buğda "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





