Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
24 Avqust 2026 00:28   Paylaş

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizi barədə danışıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayıb. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb.



Stabil.Az