Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
24 Avqust 2026 16:08   Paylaş

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (17.08.2026-23.08.2026) məlumat açıqlanıb.

"Stabil.az" Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, azad edilmiş ərazilərdə ötən həftə 98 piyada əleyhinə mina, 41 tank əleyhinə mina, 522 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1829,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.



Stabil.Az