“Atletiko” Xulian Alvares üçün 150 milyon avroluq təklif gözləyir
“Atletiko” hücumçusu Xulian Alvaresin bu yay transferi üçün “Arsenal”ın 150 milyon avro ödəməsini gözləyir.
"Stabil.az" "The Athletic"ə istinadən xəbər verir ki, London təmsilçisi hələ rəsmi müraciət etməyib.
"Arsenal"ın uzun müddətdir 26 yaşlı hücumçunun transferində maraqlı olduğu bildirilir.
Əvvəllər "Real"ın da X.Alvares üçün 150 milyon avroluq təklifinin rədd edildiyi bildirilib.
Qeyd edək ki, argentinalı forvard avqustun 23-də La Liqanın II turunda "Vilyarreal"la matçın (2:2) ikinci hissəsində meydana daxil olaraq bu mövsüm ilk oyununu keçirib.
Haqqımızda
Əlaqə





