ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin mina təhlükəsi ilə mübarizə üzrə regional təşkilatı olan ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rotna Butun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Stabil.az" xəbər verir ki, bu barədə ANAMA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə ANAMA ilə ARMAC arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti, minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Görüşdə, həmçinin humanitar minatəmizləmə sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Haqqımızda
Əlaqə




