Amur Qaz-Kimya Kompleksində partlayış: ölən və yaralananlar var
Rusiyanın Amur Qaz-Kimya Kompleksinin ərazisində baş verən yanğın nəticəsində 1 nəfər həlak olub, 131 nəfər zərər çəkib.
"Stabil.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.
Həlak olan şəxs Çin vətəndaşıdır.
Yaralılardan 19 nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfərin vəziyyəti ağırdır.
A.Kuznetsov 112 zərərçəkənin həkimlər tərəfindən müayinə olunduğunu bildirib.
Haqqımızda
Əlaqə





