Alyaskada təyyarə qəzası: 8 nəfər həyatını itirib
Alyaskanın qərbində çarter təyyarəsinin uzaqmənzilli radiolokasiya stansiyasında qəzaya uğraması nəticəsində iki pilot və altı sərnişin həlak olub.
"Stabil.az" xəbər verir ki, bu barədə Associated Press (AP) Alyaska Komandanlığına istinadən məlumat yayıb.
Məlumata görə, təyyarədə iki pilot və altı sərnişin olmaqla, ümumilikdə 8 nəfər olub.
Təyyarə Ankoric şəhərindən havaya qalxıb və Alyaskanın qərbində yerləşən Keyp Nyuenhem ərazisindəki uzaq radar məntəqəsinə yaxın ərazidə qəzaya uğrayıb. Hadisə enişə yaxınlaşma zamanı baş verib.
Qəzanın səbəbləri araşdırılır.
Haqqımızda
Əlaqə




