Almaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat yayılıb.
"Sentyabrın 2-də Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke ölkə hakimiyyətinin dünənki anti-Rusiya bəyanatları fonunda Rusiya XİN-ə çağırılıb", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Almaniya avqustun 4-də Leypsiq/Halle hava limanında baş vermiş dron insidentindən sonra Rusiyaya qarşı bir sıra tədbirlər görüb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





