Almaniyanın Auqsburq şəhərində partlayış baş verib
Almaniyanın Auqsburq şəhərinin Mərkəzi Dəmiryol Vağzalı yaxınlığında bu gün səhər saatlarında baş verən güclü partlayışla bağlı genişmiqyaslı əməliyyat keçirilir.
"Stabil.az" Almaniya mediasına istinadən xəbər verir ki, partlayış Banhofştrasse küçəsində, Auqsburqun baş dəmiryol vağzalı ilə üzbəüz yerləşən VR bankının ərazisində baş verib.
İlkin məlumata görə, iki nəfər yüngül xəsarətlər alıb.
Partlayışın səbəbi hələ ki, müəyyənləşdirilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




