Almaniyada avtomobil piyada zonasına daxil olub, 8 nəfər xəsarət alıb
Almaniyanın Hessen əyalətinin Hofqeysmar şəhərində avtomobilin piyadalar zonasına yüksək sürətlə daxil olması nəticəsində 8 nəfər xəsarət alıb.
"Stabil.az" yerli mediaya istinadla xəbər verir ki, polisin açıqlamasında 68 yaşlı sürücünün avtomobil piyadalar zonasına daxil olmazdan əvvəl səhhətində problem yaşadığı ehtimal edilir. Bəzi piyadalar avtomobildəki şəxsə yaxınlaşaraq onunla danışmağa çalışıb. Lakin avtomobil həmin anda qəfildən yüksək sürətlə piyadalar zonasına hərəkət edib.
Sürücü hadisə yerində təcili tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





