“Alibaba” süni intellektə 8,73 milyard avro investisiya etməyə hazırlaşır
24 Avqust 2026 11:47   Paylaş

Çin şirkəti Honkonq birjasında əlavə səhmlər sataraq 80 milyard Honkonq dolları cəlb etməyi və bu vəsaiti tamamilə süni intellekt sahəsində biznesin inkişafına yönəltməyi planlaşdırır.

"Stabil.az" xəbər verir ki, bu addım cari ildə dünyada həyata keçirilən bu tipli üçüncü ən böyük biznes əməliyyatı olacaq.

Bundan əvvəl ABŞ-ın texnologiya nəhəngləri “Alphabet” (Google-un ana şirkəti) və Intel analoji addımlar atıblar. “Alibaba” birjada hər birinin qiyməti 112,70 Honkonq dolları (12,3 avro) olan 710 milyon adi səhm yerləşdirməyi planlaşdırır.

Səhmlərin satışından əldə olunacaq vəsaitin süni intellekt texnologiyalarının bütün spektrinin inkişafına, o cümlədən zəruri infrastrukturun, xüsusilə hesablama mərkəzlərinin genişləndirilməsi və təkmilləşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

“Alibaba” əldə etdiyi vəsaiti şirkətin “tam dövrəli süni intellekt resursları” adlandırdığı istiqamətə yönəltmək niyyətindədir. Bura, digər məsələlərlə yanaşı, mikrosxemlərin hazırlanması, həmçinin süni intellekt modellərinin işlənib hazırlanması və tətbiqi daxildir.



Stabil.Az